12px13px15px17px
Tarix:03/07/13

“Megafon” şirkəti "Login" internet planşeti buraxmaq niyyətindədir


“Megafon” şirkəti “Login” smartfonunu bazara çıxardıqdan üç ay sonra eyni adlı planşet buraxmaq qərarına gəlib.

“ICTnews” “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Megafon Login” planşetinin satışları iyulun 3-dək şirkətin salonlarında və rəsmi internet-dükanında başlayacaq.

Qüvvədə olan aksiyaları nəzərə alaraq alıcılar qurğunu 4490 rubla ala biləcəklər, onun tam qiymətindən 1000 rubl endirim isə mobil internet xidmətlərinin ödənilməsinə sərf ediləcək.

“Megafon Login” planşeti “MediaTek MT8377” platforması əsasında yaradılacaq, o 1.2 HHz tezlikli ikinüvəli prosessora, həmçinin 1Gb əməliyyat yaddaşına malikdir. Qurğu “Android 4.1.2 Jelly Bean” əməliyyat sistemi ilə təchiz edilib. Qurğu artırılmış güclü akkumulyatorla təchiz edilib və bunun nəticəsində 300 saat avtonom rejimdə işləyə bilir. Planşet “2G” və “3G” mobil şəbəkələrini, “Bluetouth”, “Wi-Fi” dəstəkləyir və həmçinin “Wi-Fi router” kimi istifadə edilə bilər. Qurğu stereo dinamiklərlə və 7 ölçüdə 1024x600 böyüklükdə displeylə təchiz edilib.

“Megafon”un analitik xidmətinin məlumatına əsasən, 2013-cü ilin birinci rübü ərzində şirkətin öz salonlarında satış həcmləri ötən illə müqayisədə 9 dəfə artıb.

Aynur Vəliyeva




Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024