12px13px15px17px
Tarix:03/07/13

“Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək


4 iyul tarixində “Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda  konfrans keçiriləcək.

“Startup Azərbaycan” Təşkilat Komitəsindən verilən məlumata görə, konfransın məqsədi ölkədə internet-biznesin, xüsusilə də milli startupların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır. İnternet-biznesin inkişafını ləngidən problemlərin səbəbləri və onların aradan qaldırılması yolları ilə bağlı səslənən  təkliflər ümumiləşdirilərək  maraqlı tərəflərə  təqdim olunacaq.

Konfransda “Startup Azərbaycan” layihəsinin yekunları haqqında təqdimatlar olacaq, “Startup Azərbaycan” müsabiqəsinin finalçıları elan olunacaq və onların investorlarla görüşləri (pitç-sessiya) təşkil olunacaq.

Konfrans 3 paneldən ibarət olacaq:

1) “İnternet layihələrə dövlətin və özəl sektorun dəstəyi. İT investor nə üçün tapılmır?  
2) “Milli ödəmə sistemləri və mobil ödəmələr. Elektron ticarət və “nağdsız cəmiyyət”
3) “Azərbaycanda mövcud onlayn startup bazarı. Yeni ideyalar, yoxsa köhnə, artıq mövcud ideyaların “kopya”sı? Startup var, pul yoxdur, yoxsa pul var, startup yoxdur?”

Konfrans ərəfəsində finala çıxan startuplarla investorların qapalı görüşü   (pitç sessiya) təşkil olunacaq.

Konfransda startuplar sahəsində bütün maraqlı tərəflər -  startup komandaları, dövlət qurumaları və texnoparkların nümayəndələri, investorlar və İT şirkətləri, mentorlar və ekspertlər diskussiya aparmaq və əlaqələr qurmaq üçün real imkanlar qazanacaqlar.

Konfransla bağlı əlavə məlumat almaq, təklif və rəylər təqdim etmək üçün  əlaqə: “info@startup.az”

“Startup Azərbaycan” layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
“Startup Azərbaycan”ın baş sponsoru “Bakcell” şirkətidir.  
“Microsoft”, “İnfi Pro” şirkətləri də “Startup Azərbaycan”ın sponsorlarıdır.
Geniş məlumat: “www.startup.az”

“Startup Azərbaycan” TK

492 -44 44

“www.startup.az”
“info@startup.az”
“@startupaze”
“fb.com/startupazerbaijan”
 




Baxış sayı: 957

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024