12px13px15px17px
Tarix:04/07/13

“Android” platforması ilə işləyən bütün qurğular üçün virus aşkar edilib

"Android" mobil əməliyyat sisteminin təhlükəsizlik sistemində aşkar edilmiş boşluq sayəsində sözügedən platforma ilə işləyən smartfon və planşetlərin 99%-i təhlükə altındadır. Bazarda "Android" platforması ilə işləyən 900 milyondan çox cihaz mövcuddur.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Bluebox Security"-nin mütəxəssisləri "Google"-un əməliyyat sistemindəki boşluğu aşkar ediblər. Onların sözlərinə görə, kibercinayətkarlara "APK" faylının tərkibini dəyişdirməyə imkan verən metod mövcuddur. Başqa sözlə, ilk baxışda təhlükəsiz görünən proqram və oyunlarda virus ola bilər.

Troyan sayəsində hakerlər mobil qurğuların proqram tərkibinə məsafədən giriş əldə edə və hətta istifadəçidən xəbərsiz SMS mesajlar göndərərək və ya zənglər etməklə onları idarə edə bilərlər.
"Bluebox Security"-dən verilən məlumata əsasən, boşluq hələ 4 il əvvəl buraxılmış "Android 1.6" mobil əməliyyat sistemində aşkar edilib. Mütəxəssislər bu barədə "Google" şirkətinə bildirmişdilər, lakin boşluq hələ də qalır.

Emil Hüseynov
 



Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024