12px13px15px17px
Tarix:05/07/13

ICANN yeni domen zonalarının qeydiyyat qaydalarını təsdiqləyib

ICANN (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) internet korporasiyasının Rəhbərlər Şurası dünyanın domen qeydiyyatçıları ilə new gTLDs proqramı üzrə sazişi rəsmən təsdiq edib.

Saziş çərçivəsində mindən artıq yeni başlanğıc domen zonasının yaradılması planlaşdırılır.

Qeydiyyatçılarla imzalanan yeni sazişə özündə ticarət markaları haqqında məlumatları saxlayan sistemlə iş daxildir. Burada ticarət markası sahibləri onların hüquqlarını pozan yeni domen zonalarına iddialı olan namizədlərdən şikayət edə bilərlər.

Cybersecurity-nin məlumatına görə, korporasiya bəyan edir ki, yeni gTLDs proqramı artıq cari ilin sonunadək işə salınmalıdır, lakin bu yalnız bir neçə yeni zonaya şamil ediləcək, əsas domen kütləsi isə 2014-cü ildə fəaliyyətə başlayacaq.

Hüquqşünaslar bildirilər ki, yeni qaydalar faktiki olaraq praktikada qeydiyyat üçün ərizə qəbul edəcək və şikayətlərə baxacaq domen qeydiyyatçılarının işi üçün yol xəritəsi yaradır.



Baxış sayı: 677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024