12px13px15px17px
Tarix:05/07/13

“Samsung” analitikləri məyus etdi

Dünyanın ən böyük smartfon istehsalçısı "Samsung Electronics" şirkəti bu gün rüblük nəticələri dərc edib. "Galaxy S4" smartfonunun satış həcminin aşağı düşməsi fonunda analitiklərin gözləntiləri özünü doğrultmayıb. Rüblük nəticələrin dərc edilməsindən sonra Koreya şirkətinin səhmlərinin qiyməti aşağı düşüb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ilkin nəticələrə əsasən, cari ilin aprel-iyun ayları ərzində şirkətin əməliyyat mənfəəti təxminən 9,5 trilyon von və ya 8,3 milyard dollar olub. Analitiklər sözügedən göstəricini 10 trilyon von səviyyəsində gözləyirdilər. Qeyd edək ki, "Samsung" şirkəti bu gün ilkin nəticələri dərc edib, yekun məlumatlar iki həftə sonra əlçatan olacaq. İlkin məlumatların dərc edilməsindən sonra şirkətin səhmlərinin qiyməti 13% azalıb.

Şirkət smartfonların satış həcmi haqqında məlumat dərc etməyib, lakin birja analitikləri hesab edirlər ki, bu göstərici 74 milyon smartfon olub.

Şirkətin bəyanatına əsasən, hesabat rübündə "Samsung"un mənfəəti 57 trilyon von təşkil edib. Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu göstərici 47.6 trilyon von olub. Analitiklər "Samsung"dan 58,6 trilyon von səviyyəsində satış həcmi gözləyirdilər.

Emil Hüseynov



Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024