12px13px15px17px
Tarix:06/07/13

“Oracle” bəzi proqramlarının qiymətini ucuzlaşdırır


“Oracle” korporasiyası müştərilərinə sürpriz edib.  Şirkət “Business Intelligence Foundation Suite soft” dəstinin qiymətlərini dəyişib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu tədbir korporativ proqram həlləri istehsalçıları bazarında sərtləşən rəqabətə reaksiyadır.
Öncə “BI Foundation Suite” prosessor lisenziyası 450 min dollara satılırdı, lakin iyunun 25-dən o, 300 min dollardır, çünki istifadəçi lisenziyası artıq 3675 dollar təşkil edir.

Xatırladaq ki, “BI Foundations Suite” dəstinə “Oracle BI Enterprise Edition 11g”, “BI Publisher”, “Essbase”, “Scorecard and Strategy Management” və “Essbase Analytics Link” daxildir.


“Oracle” şirkəti qiymətlərin endirilməsini şərh etmir, lakin ekspertlərin  rəyinə əsasən, bunun əsas səbəbi bazarda müşahidə edilən rəqabətdir.

Aynur Vəliyeva





Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024