12px13px15px17px
Tarix:08/07/13

Bakıda veb-texnologiyalar mövzusunda konfrans keçirilib

Bakıda Gürcüstan Universitetinin “UG-Group”u və Azərbaycanın təhsil portalı olan “İlk Addımlar”ın təşkilatçılığı ilə veb-texnologiyalar mövzusunda beynəlxalq konfrans keçirilib.

Xəzər Universitetində təşkil olunan konfransda ilk olaraq Azərbaycan və Gürcüstandan olan təşkilatçılar adından Tamar Andghuladze və Rəşad Əliyev iştirakçıları salamlayıblar. “İlk Addımlar”ın rəhbəri R.Əliyev bildirib ki, konfrans beynəlxalq və yerli ekspertlərin öz təcrübələrini gənc proqramçılara ötürməsinə yardımçı olmaq, faydalı informasiya mübadiləsini genişləndirmək məqsədi daşıyır.

Bundan əlavə, konfransın əsas məqsədi yeni əlaqələrin qurulması, yerli mütəxəssislərin iş keyfiyyətinin yüksəldilməsi, dünya üzrə veb-inkişaf sahəsində Qafqaz regionunun aktiv iştirakçılarını nəzərə çarpdırmaq, Azərbaycanın İKT sahəsində dünyaya daha çox inteqrasiyasını təmin etməkdir.

Daha sonra çıxışçılar xüsusi təqdimatlarını nümayiş etdiriblər. “Nokia”, “Mobitel”, “Microsoft”, “Huawei”, “ITDC” və Xəzər Universitetinin dəstək olduğu konfrans müddətində müxtəlif layihələr çərçivəsində məhsul və xidmətlərin iştirakçılara təqdim edilməsi üçün sərgi də təşkil olunub.

Qeyd edək ki, konfransın keçirildiyi günlərdə (6-7 iyul) iştirakçılar üçün də bir sıra maraqlı aksiyalar  keçirilib. Bundan əlavə, konfransın yekununda iştirakçılar arasında lotereya keçirilib və qalib gələn şəxslər mobil telefonlar qazanıblar.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024