12px13px15px17px
Tarix:09/07/13

Kütləvi Xidmətlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə 9013249 abonent haqqında məlumat yüklənib

Kütləvi Xidmətlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) hazırda 11 kütləvi xidmət müəssisəsi qoşulub. Həmin müəssisələr üzrə 531 inzibati xidmət ərazisi əhatə edilməklə toplam olaraq, 9013249 abonent haqqında məlumat mərkəzləşdirilmiş elektron bazaya yüklənib.

Mərkəzi Bankdan bildirilib ki, bu abonentlər istənilən maliyyə qurumunun ödəniş məntəqəsinə, ATM şəbəkəsinə yaxınlaşmaqla və yaxud sistemin internet servis xidmətindən istifadə etməklə borclarını öyrənmək və ödənişlərini aparmaq imkanına malikdirlər. Hal-hazırda KÖMİS-ə qoşulmuş kütləvi xidmət müəssisələrindən ARDNŞ “Azəriqaz” İB-nin 67 inzibati xidmət zonası üzrə 1632328 abonent haqqında məlumat mərkəzləşdirilmiş elektron bazaya yüklənib.

“Azərenerji” ASC-nin 57 inzibati xidmət zonası üzrə 1559613, “Azəristiliktəchizat” ASC-nin 48 inzibati xidmət zonası üzrə 199093, “AzərSu” ASC-nin 78 inzibati xidmət zonası üzrə 1297594, “BakıElektrikŞəbəkə” ASC-nin 11 inzibati xidmət zonası üzrə 848798 abonent haqqında məlumat mərkəzləşdirilmiş elektron bazaya yüklənib.

Bundan başqa, Baş Dövlət Yol Polisinin 1 inzibati xidmət zonası üzrə 1871379 abonent haqqında məlumat mərkəzləşdirilmiş elektron bazada yer alıb. Daxili İşlər Nazirliyinin 86 inzibati xidmət zonası üzrə isə 105179 abonent haqqında məlumat mərkəzləşdirilmiş elektron bazaya yüklənib.

Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun 76 inzibati xidmət zonası üzrə 593898, Sumqayıt RET MMC-nin 16 inzibati xidmət zonası üzrə 392458, Vergilər Nazirliyinin 69 inzibati xidmət zonası üzrə 512893 abonent haqqında məlumat mərkəzləşdirilmiş elektron bazaya yüklənib.


 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024