12px13px15px17px
Tarix:09/07/13

Kamera modellərinə tələbatın azalması onun strategiyasını dəyişir


 
Yaponiyanın “Nikon” şirkəti əsas coğrafi regionlarda kompakt kameraların bütün modellərinə tələbatın azalmasının müşahidə olunduğunu bildirib, halbuki aynalı kamera modellərinə tələbat stabil olaraq qalır.  
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Nikon”un prezidenti Makoto Kimura bildirib ki, şirkət, kamera modellərinə olan tələbatın azalmasını tarazlamaq üçün smartfon istehsal edə bilər.

Onun sözlərinə əsasən, hazırda “Nikon”un əsas diqqəti kameralara yönəldilib, lakin ucuz kameralara tələbatın azalması fakt olaraq qalır, kamera ilə təchiz edilmiş smartfonlara isə tələbat artır. Kimura qeyd edib ki, istifadəçilərin smartfon vasitəsi ilə çəkdiyi şəkillərin sayı artır.  “Nikon” bundan istifadə edərək böyük fotoqrafik funksionalla təchiz edilmiş smartfonlar istehsal edəcəyini istisna etmir.

O, həmçinin bildirib ki, hazırda qənaətli “Coolpix” kameraları gözləniləndən daha pis satılır və “Nikon” satışın stimullaşdırılmasına yönəldilmiş müxtəlif strategiyalar üzərində işləyir.


Aynur Vəliyeva
 



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024