12px13px15px17px
Tarix:09/07/13

“İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” IV Beynəlxalq konfransı keçiriləcək

10-12 iyul tarixlərində Bolqarıstanın Borovets şəhərində "İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri" (Control and Optimization with Industrial Applications – COIA 2013) IV Beynəlxalq konfransı keçiriləcək.

AR Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, Türkiyənin Bilkənt Universitetinin professoru Hitay Özbay, Memarlıq, İnşaat və Geodeziya Universitetindən (Bolqarıstan) Mixail Konstantinov, Sofiya Texniki Universitetindən Petko Petkov tərəfindən təşkil olunan tədbirdə AMEA, BDU, Azərbaycan Dövlət Neft Akademiyası və digər elm və təhsil qurumlarını təmsil edən 11 azərbaycanlı alim iştirak edəcək.

Tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətəbiqi məsələləri geniş müzakirə ediləcək.

İlk dəfə 2005-ci ildə Bakıda keçirilmiş bu tədbir müvafiq sahənin mütəxəssisləri arasında böyük elmi nüfuza malikdir.



Baxış sayı: 879

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024