12px13px15px17px
Tarix:09/07/13

“Online”-dükanların gəliri 2015-ci ildə 36 milyard dollar təşkil edəcək


"J’son & Partners Consulting" şirkəti 2012-ci ildə kontent və əlavələr dükanları bazarının təhlilinin nəticələrini və bu bazarın 2015-ci ilədək inkişaf proqnozlarını təqdim edib.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, 2012-ci ildə mobil əlavələr dükanlarının gəliri ötən illə müqayisədə 1,5 dəfə artaraq 15 milyard dollar təşkil edib. Beş il ərzində mobil qurğular üçün nəzərdə tutulmuş əlavələr bazarı bir neçə dəfə artıb və hazırda informasiya-texnoloji sənayesinin ən dinamik inkişaf edən istiqamətidir.

"Apple" və "Google" korporasiyalarının əlavələr dükanı 2012-ci ildə yükləmələrin sayı  üzrə, müvafiq olaraq 21 milyard və 15 milyard təşkil edib.  Lakin bazar gəlirinin strukturuna görə, bazarın yarısından çoxu, 9 milyard dollar və ya 60% "Apple" şirkətinin "App Store" servisinin payına düşür. "Google Play", yükləmələr üzrə "App Store"dan gəlirlilik göstəricisinə görə dörd dəfə geridə qalır. Eyni zamanda "BlackBerry" korporasiyası, "BlackBerry World" dükanını "Google Play"dən  yarım il sonra   açsa da, 2012-ci ilin nəticələrinə əsasən 1,5 milyard dollara qarşı 1 milyard dollaradək vəsait qazanıb, baxmayaraq ki, "BlackBerry World"un yükləmələrinin sayı "Google Play"dən 8 dəfə azdır.

Hazırda bazarın əsas oyunçuları "Apple" şirkətinin "App Store" dükanı, "Google"- "Google Play", "BlackBerry World"- "BlackBerry", "Nokia Store"- "Nokia", "Samsung Apps" – "Samsung", "Windows Phone Store"- "Microsoft"dur.

Dükanların əksəriyyəti multiplatformalıdırlar və demək olar ki, bütün mövcud olan əməliyyat sistemləri üçün əlavələr satırlar: "Android", "BlackBerry", "iOS", "Java", "Palm OS", "Symbian", "Windows Mobile". Bu servislər eyni zamanda alınan malları bank kartı ilə yanaşı, operator billinqi vasitəsi ilə, "PayPal" və hətta virtual valyuta vasitəsilə  ödəməyə imkan verir.

Belə dükanlar adətən tez-tez çeşidini genişləndirir, bu da tərtibatçıların öz auditoriyasını   artırmaq həvəsindən irəli gəlir. Tərtibatçılar bunun üçün kənar şirkətlərin alternativ servislərindən istifadə edir. Bu kənar dükanlar sırasına "GetJar", "Cydia Store"-, "Opera Mobile Store, "Amazon Appstore", "GetUpps!", "Яндекс.Store" daxildir.

"J’son & Partners Consulting"in proqnozlarına əsasən, 2015-ci ilədək dünya üzrə əlavələr dükanlarının  həcmi 2,5 dəfə artaraq 36 milyard dollar təşkil edəcək.

Aynur Vəliyeva
 



Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024