12px13px15px17px
Tarix:09/07/13

Cənubi koreyalı hərbçilər hakerlərin kütləvi hücumuna məruz qalıblar


“McAfee Labs” antivirus laboratoriyasında, on minlərlə kompüterlərin sərt disklərindən məlumatları silən mürəkkəb haker hücumu haqda danışırlar.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verilən məlumata əsasən, silinən məlumatlar arasında Cənubi Koreyanın sirləri də olub.

“McAfee” bildirib ki, hücum edən naməlumlar məlumatları, Cənubi Koreya, ABŞ və silahlandırma ilə bağlı  bir sıra açar sözlər üzrə axtarıblar. Tələb olunan sənədlər tapıldıqdan sonra hakerlər onları yükləyərək daşıyıcıda məhv ediblər.

Cənubi Koreya tərəfi  bildirib ki, antivirus şirkəti tərəfindən təhlükə şişirdilib. Qurumun nümayəndələri bildiriblər ki, hərbi məlumat və dövlət sirləri saxlanılan kompüterlər fiziki olaraq internetə qoşulmayıblar və qlobal şəbəkədən onlara çıxış əldə etmək mümkün deyil.

“McAfee”də bildiriblər ki, cənubi koreyalı hərbiçilərə hücum çoxdan planlaşdırılıb. Hücumun ilk izləri 2009-cu ilə Seula qarşı “Troy” əməliyyatı keçirilən vaxta gedib çıxır. Hazırda tədqiqatçılar sındırılmış maşınlarda eyni çıxış nöqtəsinin mövcudluğunu müəyyən ediblər.

“McAfee”də ehtimal edirlər ki, hər iki hücumun arxasında eyni cinayətkarlar durur. Onlar bütün hadisələrdə eyni üsuldan istifadə ediblər. Hər hansı dövlət strukturundan rəsmi məlumatla elektron məktublar göndərilib.

Aynur Vəliyeva






Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024