12px13px15px17px
Tarix:09/07/13

AMEA Aqrar Elmlər Bölməsinin informasiyalaşdırılmasına həsr olunmuş iclas keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Aqrar Elmlər Bölməsinin (AEB) növbəti iclası keçirilib. AMEA-dan verilən məlumata görə, AEB üzvlərinin iştirak etdiyi iclas bölmə institutlarının informasiyalaşdırılması məsələsinə həsr olunub.

İclası giriş sözü ilə açan AEB-in akademik-katibi, akademik Qərib Məmmədov AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnformasiyalaşdırılmasına dair Fəaliyyət Planına həsr olunmuş Rəyasət Heyətinin iclasında Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulmuş tədbirlər haqqında ətraflı məlumat verildiyini bildirib, bu işlərin yüksək səviyyədə təşkilinin əhəmiyyətindən danışıb. O, bölmə institutlarının fəaliyyətinin də avtomatlaşdırılması, əməkdaşların səmərəli iş fəaliyyətinin təmini, bir sözlə, elmi mühitin müasir tələblərə cavab verməsi üçün informasiyalaşdırmanın başlıca şərtlərdən olduğunu qeyd edib.

AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev isə bildirib ki, müasir dövrdə hər bir idarə və təşkilatın, müəssisənin informasiya təminatının gücləndirilməsi qlobal informasiya cəmiyyətinin, elektron dövlət quruculuğunun tərkib hissələrindən biridir. İnformasiyalaşdırılmanın üstünlüklərindən danışan AMEA-nın akademik-katibi qeyd edib ki, nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə cavab verməsi vəziyyətinə dair aparılmış araşdırmalarla bağlı monitorinqlərin aparılması, yüksək İT biliklərinə malik kadrların hazırlanması məqsədi ilə bölmə əməkdaşlarına treninqlərin təşkili, institutların veb-saytlarının vəziyyətinin monitorinqi elmi qurumların fəaliyyətinin daha səmərəli təşkilinə, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiya olunmasına, dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradır.

Son 10 ildə ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər, ölkəmizin inkişaf tempinin yüksəlməsi ilə dünya miqyasında artan nüfuzundan söz açan alim Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayıb. Dövlət başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əhəmiyyətli çağırışlar etdiyini qeyd edərək bu istiqamətdə biliklər cəmiyyətinin formalaşmasında alim və mütəxəssislərin qarşısında konkret vəzifələrin qoyulduğunu söyləyib. E-torpağın e-dövlətin tərkib hissəsi olduğunu qeyd edən R.Əliquliyev AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə AMEA İTİ-nin 10 ildən artıqdır ki, əməkdaşlıq etdiyini bildirib, AMEA Aqrar Elmlər Bölməsi institutlarının qarşısında duran mühüm vəzifələrdən söz açıb.

Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024