12px13px15px17px
Tarix:10/07/13

ABŞ xüsusi xidmət orqanlarının internet izləməsi ilə bağlı daha bir iddia



 
Bu gün Avstraliyanın "Sidney Herald Morninq" qəzeti yazıb ki, ABŞ-ın xüsusi xidmət orqanları Avstraliyada yerləşən güclü server avadanlığı ilə təchiz edilmiş dörd obyekt vasitəsilə məlumatın toplanılması ilə məşğuldur.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin məlumatına görə, sözügedən obyektlər Alisa-Sprinqs, Darvin, Ceraldton, həmçinin Kanberranın şəhərətrafı qəsəbəsində yerləşir.

Son zamanlar müqavilə ilə Milli Təhlükəsizlik Agentliyində işləyən və elektron kəşfiyyatla məşğul olan 30 yaşlı Edvard Snouden MKİ-nin keçmiş əməkdaşıdır. O, ABŞ-dan qaçaraq sözügedən qurum tərəfindən  həyata keçirilən məxfi casus proqramlarını ifşa edib. Onun məlumatları böyük qalmaqala səbəb olub. Snouden ABŞ-dan Honkonqa, oradan isə ona siyasi sığınacaq verəcək dövlətdə yaşamaq üçün Moskvaya uçub.

Emil Hüseynov



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024