12px13px15px17px
Tarix:10/07/13

“VKontakte” və “Odnoklassniki” şəbəkələrində ziyanverici troyan peyda olub


 
 “Eset” şirkəti rusdilli internet istifadəçiləri üçün nəzərdə tutulmuş “Win32/Bicololo” troyanının aktivliyinin artması haqda xəbərdarlıq edib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Win32/Bicololo” troyan proqramının əsas məqsədi personal məlumatların oğurlanmasıdır. Ekspertlər tərəfindən bu təhdidin yayılma aktivliyi aşkar edilib, o standart .jpg ölçüsündə qrafik fayllara istinad kimi yayılır. Bu istinad aktivləşdirildikdə, təsvirin yüklənməsi əvəzinə, ziyanverici faylın yüklənməsi başlanacaq.
İstifadəçinin kompüterinə düşərək, ziyanverici proqram hosts sistem faylını modifikasiya edir və orada cinayətkarlara məxsus olan fişinq saytlarının İP-ünvanlarını yazır. Leqal sayta keçid cəhdi edərkən, istifadəçi avtomatik olaraq onun saxta analoquna yönləndirilir.

“Win32/Bicololo.A” modifikasiyası “VKontakte” və “Odnoklassniki” şəbəkələrinin (akkauntların ümumi sayı 400 milyondan çoxdur) və “Mail.ru” servisində poçt sahiblərinin  istifadəçilərinin (istifadəçi sayı 30 milyon insandan çoxdur) məlumatlarına yönəldilib. Proqram hosts faylında, saytların mobil versiyalarını daxil etməklə, məhz bu portalların ünvanlarını qeyd edir.

Saxta resurslarda istifadəçilər tərəfindən yazılan bütün məlumatlar avtomatik olaraq cinayətkarların əlinə düşür. Saxta səhifələrin yüksək keyfiyyətini qeyd etmək lazımdır, belə ki, fişinq saytı əsas səhifədən təkcə dili dəyişmək imkanının və mühafizə edilən https-bağlantıdan istifadə etmək imkanının olmaması ilə seçilir.

Aynur Vəliyeva
 



Baxış sayı: 486

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2020

19 02 2020

19/02/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmənin təhlükəli olduğunu etiraf edib

“Microsoft” korporasiyası sistemdə problemlər yaradan “Windows 10” yeniləməsini geri çağırıb.

19/02/20
“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Windows 7” sisteminin idarəetməsi altında işləyən sistemlərə qarşı

19/02/20
2 ildən sonra smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq

Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz

19/02/20
Dünya İKT bazarının həcmi 4,30 trilyon dollara çatacaq

“International Data Corporation” (IDC) şirkəti 2020-ci ildə dünya informasiya-kommunikasiya texnologiyala

19/02/20
“Microsoft” korporasiyası “Android” üçün “Office” çoxfunksiyalı proqramını təqdim edib

“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatların

19/02/20
Dünyada ən yaxşı ekrana malik smartfon məlum olub

Displeylərin yoxlanılması ilə məşğul olan “DisplayMate” şirkətinin mütəxəssisləri “Samsung Galaxy S20 Ult

19/02/20
Yer üçün təhlükəli asteroidlərin axtarışı üçün mexanizm yaradılıb

Niderlandın tədqiqatçılar qrupu Yer kürəsi üçün təhlükə törədən asteroidlərin axtarışı ilə məşğul olan ne

19/02/20
Kütlədə insanların bədən temperaturunu ölçən robotlar hazırlanıb

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temper

19/02/20
Koronavirus “Apple” şirkətinə ziyan vurub

“Apple” şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəric