12px13px15px17px
Tarix:10/07/13

Hər bir tədqiqatçı AMEA tərəfindən iş yerində kompüter və fasiləsiz internetlə təmin olunmalıdır


 
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA gənc alimlərinin ümumi yığıncağı keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, AMEA elmi müəssisələrinin direktorları, Gənc alimlər şuralarının sədrləri iştirak ediblər.

AMEA-dan verilən məlumata görə, əvvəlcə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov akademiyanın gənc alimlərinin 5 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat məruzəsi ilə çıxış edərək, 2009-2013-cü illəri əhatə edən hesabat ili ərzində gənc alimlər üçün görülən işlər haqda geniş məlumat verib. GİİM direktoru müxtəlif beynəlxalq konfrans, elmi simpozium və sərgilərin, gənclərin interaktiv ideya yarmarkalarının, intellektual müsabiqələrin keçirilməsi, gənc alimlərin bu tədbirlərdə iştirakının təşkili, elmi əsərlərinin xaricdə çap edilməsi, fəaliyyətinin stimullaşdırılması, istedadlı və yaradıcı gənclərin mükafatlandırılması və s. istiqamətdə görülən tədbirlərdən danışıb. Biliklər iqtisadiyyatına keçid dövründə gənclərin elmə cəlb olunması sahəsində nəzərəçarpacaq irəliləyişlərin müşahidə olunduğunu da bildirən İ.Orucov son illər elmdə yaş senzinin bərpası, elmin “cavanlaşması” prosesinin vüsət aldığını vurğulayıb: “Doktorantura və magistraturaya gənclərin axını ilbəil artır. Son illərdə orta yaş həddi aşağı düşmüş, müdafiə edən fəlsəfə doktorlarının əksəriyyətini hazırda 29-32 yaşlarında gənclər təşkil edir”.


Bir sıra təkliflərlə də çıxış edən mərkəz rəhbəri gənc alimlərin xarici dilləri daha da dərindən mənimsəməsi məqsədilə pulsuz xarici dil kurslarının təşkil edilməsinə böyük zərurət olduğunu bildirib. O, həmçinin, bu gün elmdə əldə olunan nailiyyətlərdə İKT-nin yaratdığı imkanları da xüsusilə vurğulayaraq, hər bir tədqiqatçının AMEA tərəfindən iş yerində kompüter və fasiləsiz internetlə təmin olunmasının vacibliyini bildirib. İ.Orucov GİİM və şuraların ofislə və lazımı şəraitlə təmin edilməsinin də olduqca vacib məsələlərdən olduğunu deyib.
“Elm günü”nün təsis olunmasının əhəmiyyətini də vurğulayan mərkəz rəhbəri bu barədə dövlət qarşısında vəsatət qaldırılmasının zəruriliyini ifadə edib, həmçinin doktorantura və magistratura müddətində oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi təşəbbüsünü də irəli sürərək, bu məsələnin həllinin elmin inkişafına xidmət etdiyini söyləyib.

Sonra çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov və digərləri biliklər iqtisadiyyatına inteqrasiya proseslərinin vüsət aldığı bir dövrdə dövrün tələblərinə cavab verən innovativ təfəkkürlü gənc alimlər nəslinin yetişdirilməsinin dövlətin gənclər siyasətinin mühüm tərkib hissəsi olduğunu bildiriblər. Çıxış edənlər gənc alimlərin qarşılaşdığı çətinliklərin həllinin vacibliyini qeyd edərək bu problemlərin aradan qaldırılmasının həlli vacib olan mühüm məsələlərdən olduğunu bildirdilər. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis edilmiş Gənclər üçün Prezident Mükafatının əhəmiyyəti qeyd edilərək bu addım ölkə başçısı İlham Əliyevin müasir gəncliyə, gənc elm adamlarına diqqətinin bariz nümunəsi kimi dəyərləndirilib.

Natiqlər Azərbaycan gənclərinin digər sahələrlə yanaşı, elm, təhsil sferasında da nailiyyətlərini təşviq etmək məqsədi daşıyan bu sənədin vacibliyini xüsusilə vurğulayaraq, gənclərə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində qəbul edilmiş mühüm qərarlardan olduğunu bildiriblər.

Sonra AMEA-da fəaliyyət göstərən gənc alimlərin son 5 ildə əldə etdiyi uğurlar və qarşılaşdığı problemlər haqqında Gənc alimlər şuralarının sədrləri çıxış ediblər. AMEA Rəyasət Heyətinin struktur bölmələrinə daxil olan institutlarda çalışan alimlərin nüfuzlu beynəlxalq konfranslarda, layihələrdə və elmi seminarlarda iştirakı, əldə etdikləri elmi yenilikləri haqqında məlumat verilib. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihələrinin qalibləri, elmi məqalələrin yüksək impakt faktorlu jurnallarda dərci ilə bağlı məlumatlar nəzərə çatdırılıb.

Tədbirdə “Elm haqqında” Qanunun qəbulunun zəruriliyi də ifadə olunaraq, bu sənədin gənc alimlərin sosial problemlərinin, həmçinin fəlsəfə doktoru və elmlər doktoru dərəcəsinə görə verilən əlavə vəsait məbləğinin, ekspedisiyalara ayrılan maliyyənin artırılması və digər məsələlərin həllinə öz müsbət təsirini göstərəcəyi bildirilib.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.