12px13px15px17px
Tarix:10/07/13

AMEA-nın avtobazası bütün avadanlıqlarla təchiz olunmalıdır


“Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların aparılmasını asanlaşdırmaq üçün avtobaza yaradılmalıdır”. AMEA-nın məlumatına görə, bu haqda gənc alimlərin ümumi yığıncağında çıxışı zamanı bildirən AMEA prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, bir vaxtlar akademiyada alimlər tərəfindən müxtəlif tədqiqatların aparılması üçün ekspeditor-maşın tapmaq çətin idi.

Onun sözlərinə görə, akademiya alimlərinin eksperimentlər aparması və mühüm nəticələr əldə etməsi üçün bu işlərin təşkili vacib şərtlərdəndir: “Tədqiqat olmasa, onları təhlil etməsək, hansı nəticələr əldə etmək olar? Avtobaza maşınlarla, bütün avadanlıqlarla təchiz olunmalıdır.

Arxeoloqlar öz təşəbbüsləri ilə müəyyən işlər aparırlar. Amma bunlar vahid bir şəkildə akademiyanın köməkliyi ilə aparılmalıdır. Prezident tərəfindən elmə diqqət və qayğı göstərilir. Ölkə rəhbəri bizim gördüyümüz bütün işlərə dəstək göstərməyə hazırdır”. A.Əlizadə həmçinin elm adamlarının poliklinikasının yaradılmasını da vacib hesab edib.


HƏQİQƏT



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024