12px13px15px17px
Tarix:11/07/13

“Chrome” brauzerinə “Bildiriş mərkəzi” daxil edilib

“Google” şirkəti “Chrome” brauzerinin 28-ci stabil versiyasını istifadəyə verib. Brauzerin əsas yeniliklərindən “Bildiriş mərkəzi”nin olmasıdır,- “Lenta” yazır.

“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, “Chrome”-da bildirişləri əvvəllər də qəbul etmək mümkün idi, lakin o zaman bu, yalnız saytlarda baş verirdi, brauzerin son versiyasında isə bildirişləri əlavə və tətbiqlərlə də göndərirlər. Həmçinin bildirişlərin funksionallığı artıb və məzmunlarında mətn, şəkil və siyahılar yer ala bilər, hətta istifadəçiyə hər hansı hərəkəti etməyə təklif edə bilərlər, misal üçün, məktuba cavab ver.

“Mərkəz”dən daxil olan bildirişlərə brauzer bağlı olduqda belə baxmaq mümkündür.

Bundan əlavə “Chrome 28”-də yeni iş mühərriki tətbiq edilib, brauzerin əsasını “Webkit”-i əvəzləyən “Blink” təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024