12px13px15px17px
Tarix:11/07/13

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun internet resursu yenilənib (VİDEO)


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) www.azpromo.az ünvanındakı internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb.

İqtisadi İnkişaf Nazirliyindən (İİN) verilən məlumata görə, yenilənmiş internet səhifədə Azərbaycan məhsullarının ixracını dəstəkləmək məqsədilə xarici bazarlar üzrə araşdırmalar və potensial xarici investorlar üçün Azərbaycanda mövcud investisiya imkanlarına dair daha geniş məlumatlar öz əksini tapıb. Yerli və xarici şirkətlərə AZPROMO tərəfindən göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə təkmilləşdirilmiş interaktiv müraciət forması yaradılıb.

Eyni zamanda, istifadəçilərin yuxarıda qeyd olunmuş məlumatları daha geniş əldə etmələri üçün ixrac və investisiya yönümlü interaktiv xəritələr də yerləşdirilib. Daha çox istifadəçilərin əhatə olunması üçün yenilənmiş internet saytında sosial şəbəkələrə keçid verilib.

Saytın təqdimat çarxını aşağıdakı link vasitəsilə izləmək mümkündür:
www.youtube.com/watch?feature=player_embedded&v=LContN2E6Ys
 
CAHANGİR
 



Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024