12px13px15px17px
Tarix:11/07/13

Çin oyun əlavələrinə olan qadağanı ləğv etməyə hazırlaşır


“Sony”, “Microsoft” və “Nintendo” şirkətləri yaxın zamanda oyun əlavələrinin satışı üçün əhəmiyyətli bazar əldə edə bilərlər.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, ölkə hakimiyyəti oyun konsollarının satışına olan qadağanın qaldırılması haqda "qərar qəbul edib". Çində oyun konsollarının satışına olan qadağa 13 il əvvəl qəbul edilib. Çünki Çin rəsmi dairələri onların gənclərin inkişafına ziyan verə biləcəyindən çəkiniblər.

İndi isə iqtisadi maraqlar gənclərin mənəvi təmizliyi haqda narahatçılığa üstün gəlib. Lakin qadağa çincəsinə qaldırılıb, belə ki, oyun konsollarına yalnız Şanxay azad ticarət zonasının inkişafı üzrə proqramı çərçivəsində icazə verilib.  Müvafiq olaraq, Çində konsol satmaq istəyən istehsalçılar onları mütləq bu zonada yığmalıdırlar və satmalıdırlar.

Təbiidir ki, konsollar üçün nəzərdə tutulmuş oyunları da Mədəniyyət Nazirliyindən icazə alındıqdan sonra satmaq olacaq.

Nazirliyin önündə duran iki əsas məsələlərdən biri hədsiz zorakılıq səviyyəsi olan oyunları, ikincisi isə Çin həyat tərzinə, hakim partiyaya və çinlilər üçün vacib dəyərlərə kölgə salan istənilən oyunu  satışa buraxmamaqdır.

Bütün deyilənlər konsolların “ağ” satışlarına aiddir. Artıq 13 ildir ki, Çində oyun konsollarının “qara” bazarı uğurla fəaliyyət göstərir və bütün marağı olanlar bu konsollar üçün oyunlar ala bilirlər.

Aynur Vəliyeva
 



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024