12px13px15px17px
Tarix:12/07/13

Dünyanın ən iri kompüter istehsalçısı dəyişdi



“Lenovo” şirkəti “Hewlett-Packard” şirkətindən “dünyanın ən iri kompüter istehsalçısı” adını aldı.
“ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu ilin ikinci rübündə bazara təqdim edilmiş   personal kompüterlərin 16,7%-i “Lenovo” şirkəti tərəfindən buraxılıb. “HP” 16,3% bazar payı ilə ikinci yeri tutub. Liderlər beşliyinə “Dell”, “Acer” və “Asus” şirkətləri daxil olub.
Ümumilikdə 2013-cü ilin aprel-iyun aylarında 76 milyon fərdi kompüter bazara çıxarılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% azdır.

Fərdi kompüterlərin təchizat həcmi beş rüb ərzində enməkdə davam edir, və analitiklər bu prosesi fərdi kompüterlərin tarixində “ən uzunsürən azalma” adlandırıblar.

Ötən ilin ikinci rübü ilə müqayisədə ən çox təchizatlar Avropa, Afrika və Yaxın Şərq ölkələrində 16,8% azalıb. Asiya-Sakit Okean regionunda azalma 11,5%, ABŞ-da isə 1,4% təşkil edib.

“IDC”-nin məlumatlarına əsasən, aprel-iyun aylarında kompüter təchizatı 75,6 milyon ədəd təşkil edib, bu da bir il öncəki göstəricidən 11,4% azdır.

Fərdi kompüterlərə olan tələbatın azalması sensor ekranlı və aparat klaviaturası olmayan planşet qurğularla izah olunur. Qeyd edək ki, analitik şirkətlər “iPad” və ona oxşar qurğuları fərdi kompüterlərə aid etmirlər və onları statistikaya daxil etmirlər.

Aynur Vəliyeva
 



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024