12px13px15px17px
Tarix:15/07/13

Səhvləri müəyyən edən qələm yaradılıb


Yeni ixtira əllə yazılmış mətndə səhvləri müəyyən edir və istifadəçiyə bu barədə məlumat verir.

“ICTnews.az” elektron xəbər xidməti “telegraf.com.ua” saytına istinadən bildirir ki, görünüşcə diyircəkli qələmə oxşayan cihaz xüsusi sensorla təchiz edilib və o, ayrı-ayrı hərflərin yazılışı zamanı qələmin hərəkətini müəyyən edir və istifadəçi zəruri normadan yayındıqda ona vibro-siqnal vasitəsilə bu barədə xəbərdarlıq edir.
Sözügedən qələm ilk növbədə məktəblilər üçün nəzərdə tutulub.

Hazırda ixtiraçılar maraqlı ideyanın təkmilləşdirilməsi və kommersiyalaşması üçün vəsait toplayırlar.

Emil Hüseynov



Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024