12px13px15px17px
Tarix:15/07/13

Yaxın zamanlarda İran İslam Respublikasının Astara gömrük-buraxılış məntəqəsində “X-Ray” yoxlama aparatı quraşdırılacaq


 
Yaxın zamanlarda İran İslam Respublikasının Astara gömrük buraxılış məntəqəsində "X-Ray" yoxlama aparatı quraşdırılacaq. Bu qurğu vasitəsilə daşınan malların yoxlanılması daha da sürətlənəcək və bu da öz növbəsində Azərbaycanla İran arasında ticarətin asanlaşdırılmasına öz töhfəsini verəcək.

Bu fikri İranın İqtisadiyyat və Maliyyə İşləri Nazirliyi Beynəlxalq Əməkdaşlıq və İctimai Əlaqələr İdarəsinin baş direktoru M.H.Bağhenayat bildirib. Sözügedən ölkənin Astara və Biləsuvar gömrük idarələrində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında keçirilən ikitərəfli görüşdə mal və nəqliyyat vasitələrinin, həmçinin sərnişinlərin keçidinin intensiv şəkildə davam etdirilməsinin təşkili ilə bağlı hər iki tərəfin fasilə vaxtları, o cümlədən bayram günlərinin siyahısının mübadilə edilməsi barədə razılıq da əldə olunub.

Xatırladaq ki, qeyd olunan görüşlər Azərbaycan Respublikası və İran İslam Respublikası arasında gömrük işi sahəsində imzalanmış sazişin müddəalarına müvafiq olaraq, İran İslam Respublikasının İqtisadiyyat və Maliyyə İşləri Nazirliyinin təşəbbüsü ilə gerçəkləşib.
 
Həqiqət İSABALAYEVA
 




Baxış sayı: 882

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024