12px13px15px17px
Tarix:15/07/13

“Nokia” daha çox smartfon istehsal edəcək


"Nokia" şirkətinin qurğular bölməsinin rəhbəri Co Harlou bildirib ki, yaxın gələcəkdə çoxlu innovativ yeni məhsulların bazara çıxarılması nəzərdə tutulur. Belə ki, şirkət "Lumia" smartfon modelinin təkmilləşdirilməsini və yenilənməsini davam etdirəcək.

O qeyd edib ki, "Nokia" hazırda müxtəlif qiymətdə olan qurğulara malikdir və indi şirkət məhsulların yenilənmiş modellərlə əvəzlənməsi üzrə standart sxemi həyata keçirməyə başlayır.  

Son dəfə nümayiş etdirilən "Lumia 1020" şirkətin smartfonlar ailəsinin qabaqcıl modeli hesab edilsə də, mövcud modellərin əvəzlənməsi məqsədi daşımır. Xanım C.Harlou bildirib ki, "Nokia" yeni məhsulların bazara çıxarılmasını sürətləndirəcək. Şirkət qurğuların hazırlanması və bazara çıxarılması arasında olan müddəti azaltmaq üçün böyük səylər göstərir, "3Dnews.ru.www.3dnews.ru" yazır.  

Qeyd edək ki, son 18 ayda Finlandiya istehsalçısı bir sıra smartfonları yeniləyib və ya təqdim edib. Bu gün müasir "Lumia" aparatları xəttinə 520, 620, 720, 820, 920, 925, 928 və 1020 modelləri daxildir. Bölmə rəhbəri növbəti aparat haqqında məlumat verməyib.
 

 
 




Baxış sayı: 874

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024