12px13px15px17px
Tarix:16/07/13

Bu cihazlar istifadəçilərini izləyir


 
"Reticle Research" şirkətinin analitiki Ross Rubi istifadəçilərini izləyən beş cihaz müəyyən edib.
Onun araşdırmalarına görə, "Google Glass" qurğusu video, həmçinin fotoşəkillər çəkməyə "qadirdir".

Belə demək mümkünsə, o, istifadəçinin şəxsi həyatını izləyir. İkinci pillədə "Memoto" və "Autographer" cihazları qərarlaşıb. Birinci cihaz kameradır və istifadəçilərin həyatını təfərrüatı ilə lentə alır. "Autographer", həmçinin kameradır və istifadəçinin gözlərindən kənar şəkillər çəkir və smartfonla sinxronizasiya olur.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, sonrakı pillədə "iPhone" smartfonu ilə inteqrasiya edilmiş qapı qulpları və qıfılları, kameralar yer alıb. Qurğu qapının qarşısında dayanmış insanın videoyazısını qeydə alaraq onu smartfona ötürür.

Dördüncü yerdə "Microsoft" korporasiyasının "Kinect" oyun videokontrolleri yer alıb. "Kinect" videokontrollerində mövcud olan kamera istifadəçilərin hərəkətlərini izləyir.

"Casus cihazlar" beşliyinə istənilən smartfonda mövcud olan kameralar yekun vurur. Telefonun kamerası ilə şəkil çəkdirən istifadəçilər çox hallarda onları sosial şəbəkələrə yerləşdirirlər və öz yerini qeyd edirlər ki, bu da öz-özlüyündə onların fərdi informasiyasını açıq edir.

Emil Hüseynov
 
 



Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024