12px13px15px17px
Tarix:16/07/13

Azərbaycan “Kritik və davamlı texnologiyalar üçün təmiz sahələrin hazırlanması” beynəlxalq seminarında təmsil olunub


 
Türkiyənin Ankara şəhərində Nanotexnologiyalar sahəsində qabaqcıl təcrübəyə malik milli mərkəzdə "Kritik və davamlı texnologiyalar üçün təmiz sahələrin hazırlanması" III Beynəlxalq seminarı keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) istinadən verdiyi məlumata görə, tədbir "UNIDO (United Nations Industrial Development Organisation)", Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi, Beynəlxalq Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), eləcə də İnkişaf Nazirliyi tərəfindən təşkil olunub.

Tədbirdə dünyanın 18 ölkəsindən nümayəndələrlə yanaşı, təşkilat komitəsi tərəfindən dəvət olunmuş AMEA Polimer Materialları İnstitutunun əməkdaşı k.ü.f.d. Rita Şahnəzərli iştirak edib.

İştirakçılar xüsusi mühazirələr dinləyib, praktiki məşğələlərdə iştirak ediblər.

Seminarda xüsusi laboratoriyalarda mikro və nano ölçülü obyektlərin dizaynı, onların optimallaşdırılması və hazırlanması prosesləri və müasir cihazlar vasitəsilə tədqiqi nümayiş olunub.

CAHANGİR



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024