12px13px15px17px
Tarix:16/07/13

“Google Play” mağazasının veb-versiyası yenilənib


“Google” şirkəti “Android” əməliyyat sistemi üçün nəzərdə tutulan “Google Play” internet mağazasının veb-versiyasını yeniləyib.

İndi mağaza “Android” üçün “Google Play” mobil əlavəsi şəklində tərtib olunub. Əsas yenilik sol hissədə naviqasiya panelinin yaradılması və daha böyük skrinşot və ikonkaların tətbiq edilməsidir.     
Naviqasiya panelinin köməyi ilə müxtəlif növ kontentlərə - əlavələrə, kitablara və filmlərə keçmək mümkündür.

Paneldə “Hədiyyə kartları” bölməsinə keçid olsa da, ora keçən istifadəçi “Sizin ölkənizdə hədiyyə sertifikatları fəaliyyət göstərmir” bildirişini alır, - “Lenta www.lenta.ru” yazır.

Ekranın yuxarı sağ küncündə yerləşən altılıq şəkilli ikonkanın üzərinə basan istifadəçi yüklədiyi əlavələrin (“Mənim sifarişlərim”) siyahısını və “Google Play”ə aid qurğuları (“Qurğular”) görə biləcək.  

Qeyd edək ki, 2008-ci ildən fəaliyyət göstərən “Google Play” mağazasında “Android” əməliyyat sistemli qurğular üçün 800 mindən çox əlavə yer alıb.  2012-ci ilin yazınadək servis “Android Market” adlandırılıb və burada yalnız proqramlar satılıb. Mağazaya kitab, musiqi və kinolar əlavə olunduqdan sonra onun adı dəyişdirilərək “Google Play” adlandırılmağa başlanıb.   
 



Baxış sayı: 708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024