12px13px15px17px
Tarix:17/07/13

“Intel” jestlərin tanınması texnologiyaları istehsalçısına sərmayə yatırıb


Amerikanın “Intel” korporasiyası jestlərin tanınması üçün proqram təminatı hazırlanması ilə məşğul olan İsrailin “Omek Interactive”  firmasını satın alıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Geektime” saytının məlumatına görə, saziş prosessor nəhənginə 40 milyon dollara başa gəlib. Saziş bitdikdə “Omek” firmasının əməkdaşları “Intel”-in Hayfada yerləşən tədqiqat mərkəzinə keçəcəklər.
“The Marker” nəşrinə verdiyi müsahibəsində “Intel” korporasiyasının nümayəndəsi “Omek” firmasını satın aldıqlarını təsdiqləyib.

Qeyd edək ki, İsrail startapı jestlərin köməkliyi ilə kompüterlə insan arasında qarşılıqlı əlaqə yaradan proqram texnologiyaları yaradır. Sistem üçölçülü kamera və xüsusi datçiklərdən istifadə edərək insanın əllərinin hərəkətlərini 10 santimetrdən tanıya, əmrləri məsafədən yerinə yetirə bilər. Şirkət “CES 2013” sərgisində “Windows 8” mühitində jestlə idarə etməsi imkanını nümayiş etdirib.

Emil Hüseynov



Baxış sayı: 676

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024