12px13px15px17px
Tarix:17/07/13

Ötən il dünyanın bütün fond birjalarının 50%-i haker hücumlarına məruz qalıb


Ötən il dünyanın bütün fond birjalarının təxminən 50%-nin kompüter sistemləri haker hücumlarına məruz qalıb. Qiymətli kağızlar üzrə Beynəlxalq Komissiya təşkilatının yenilənmiş hesabatında belə qeyd edilib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, tədqiqatda 46 birjanın nümayəndələri iştirak edib. Məlum olub ki, ən geniş yayılmış hücum üsulu kompüter serverlərini onlara əlavə sorğuların göndərilməsi yolu və virus proqramları ilə yoluxdurmaqla birmüddətlik yüklənilməsi sayılır. Digər istifadə edilən metodlara kompüter texnikasının və müxtəlif məlumatların oğurlanmasını qeyd etmək olar.

"Yalnız hücumların sayı deyil, həm də onların keyfiyyət dərəcəsi artır. Hakerlər birjaların kompüter şəbəkələrinə giriş üçün getdikcə daha böyük imkanlar əldə edirlər" – hesabatda qeyd edilib. Sənəd tərtibçilərinin sözlərinə görə, ticarət meydançasına həyata keçirilmiş böyük hücum ona etibarı aşağı sala və son nəticədə müştərilərin sayının azalması ilə nəticələnə bilər.

Emil Hüseynov



Baxış sayı: 360

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Sentyabr 2019

15 09 2019