12px13px15px17px
Tarix:08/08/11

Lənkəranda 50 minə yaxın internet istifadəçisi var

211 min 253 nəfər əhalisi olan Lənkəranda 50 minə yaxın internet istifadəçisi var. Bu barədə Lənkəran Telekommunikasiya qovşağının rəisi Camal Əkbərov məlumat verib. Onun sözlərinə görə, 5-6 il əvvəl internet istifadəçilərinin sayı 10-15 min, bir neçə il əvvəl isə 20-25 min nəfər idi. C.Əkbərov deyir ki, rayonda 5 min abonent birbaşa, 1200 abonent isə genişzolaqlı internet xidmətindən istifadə edir. “Hazırda Lənkəranın Boladi kəndində genişzolaqlı internet səbəkəsinin qurulması məqsədilə işlər görülür. Ilin sonuna kimi rayonun daha 14 kəndində bu istiqamətdə islərin basa catdırılması nəzərdə tutulub”. Camal Əkbərov əlavə edib ki, rayonda rabitə şəbəkəsi tamamilə elektronlaşdırılıb.



Baxış sayı: 1115

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024