12px13px15px17px
Tarix:18/07/13

“LG” “3D” texnologiyasını dəstəkləyən smart televizorlar təqdim edib


“LG Electronics” şirkəti “Ultra HD” (4К) formatını dəstəkləyən televizorların çeşidlərini artırıb. Bu dəfə söhbət “LA9700” seriyasından olan işıq diodlu işıqlandırmaya malik 55 və 65 düymlük modellərdən gedir. Bundan başqa, Koreya istehsalçısı qiyməti 20 min dollar təşkil edən 84 düymlü TV-panel də təklif edir.

Yeni qurğuların displeyləri 3840х2160 piksel təsvir ölçüsünü dəstəkləyir ki, bu da “Full HD” (1920х1080) formatından 4 dəfə çoxdur. “IPS” matrisalı televizorlarda “NANO Full LED” işıq diodundan istifadə edilir.

Televizorlar həmçinin təsvir ölçüsünü yaxşılaşdıran “Tru-Ultra HD” prosessoru ilə təchiz olunub, habelə “HEVC” (H.265) videokodekinin dəstəklənməsi nəzərdə tutulur.

Təqdim olunan modellər “Smart TV” sinfinə aiddir və səslə idarəetmə, “Cinema 3D” və “Magic Remote” kimi funksiyalara malikdir.

55 düymlü LA9700 modelinin qiyməti 6 min dollar təşkil edir. 65 düymlü 4K modelinin tövsiyə olunan pərakəndə satış qiyməti 8 min dollara çatır, - “Dailycomm www.dailycomm.ru” saytı yazır.








Baxış sayı: 1254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024