12px13px15px17px
Tarix:19/07/13

“Samsung” şirkəti “Galaxy S4” smartfonunun daha güclü versiyası üzərində işləyir


Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy S4” smartfonunun daha bir növü üzərində iş aparır. “Samsung” şirkətindəki mənbələrinə istinadən “Antutu Labs” nəşrinin yaydığı məlumata əsasən, smartfonun yeni versiyası aparat içliyi nöqteyi-nəzərindən daha çox güclü olacaq və “LTE-Advanced” standartlı qabaqcıl şəbəkələrini dəstəkləyəcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ehtimallara görə, yeni smartfon 2,3 QHs takt tezlikli “Qualcomm Snapdragon 800” prosessoru ilə işləyəcək və ona “Android 4.2.2 Jelly Bean” əməliyyat sistemi (ƏS) quraşdırılacaq.

Xatırladaq ki, “Galaxy S4” smartfonunun orijinal versiyası 1,9 QHs takt tezlikli “Snapdragon 600” prosessoru ilə işləyir və 4G LTE şəbəkələrini dəstəkləyir.

Emil Hüseynov
 
 



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024