12px13px15px17px
Tarix:19/07/13

“Google” yeni yığcam planşet təqdim edəcək

“Google” şirkəti iyulun 24-də San-Fransiskoda mətbuat konfransı keçirəcək. "Zəhmət olmasa, Sundarom Piçai ilə səhər yeməyinə siz də qoşulun" – jurnalistlərə göndərilmiş dəvətdə belə deyilib. Tədbirin mövzusu dəqiq bilinmir, amma orada şirkətin “Android” və “Chrome” üzrə vitse-prezidenti çıxış edəcək. Buna görə fərz etmək olar ki, o, mobil əməliyyat sisteminin yeni versiyası və ya “Nexus 7” planşeti haqqında məlumat verəcək.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Android Central” bloqunun əlinə yeni 7 düymlük “Nexus” planşetinin fotoşəkilləri düşüb. Məxfi mənbə sözügedən inter nəşrinə deyib ki, ikinci nəsil planşetin istehsalıyla yenidən “ASUS” şirkəti məşğul olub.

Sələfindən fərqli olaraq, ona iki kamera quraşdırılacaq: ön hissədə 1,2 meqapiksellik və arxa hissədə 5 meqapiksellik. Sözügedən cihaz DDR3L tipli 2-4 QB əməli yaddaş və “Qualcomm Snapdragon S4 Pro” prosessoru ilə təchiz ediləcək. Yeni aparatda səslənmə daha yaxşı olacaq. 16 və ya 32 QB yığıcı ilə təchiz edilmiş versiyalar əlçatan olacaq.

Emil Hüseynov
 



Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024