12px13px15px17px
Tarix:19/07/13

ƏƏSMN müraciətlərin cavablandırılmasında elektron imkanlardan da istifadəyə önəm verir

 Hazırda 1,5 milyon nəfərədək əhali kontingentinə xidmət göstərən  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş müraciətlərinin cavablandırılmasında elektron imkanlardan da istifadəyə xüsusi önəm verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təkcə cari ilin ilk yarımilində nazirliyin (www.mlspp.gov.az  info@mlspp.gov.az) elektron xidmətlərinə 984 müraciət daxil olmuş və bu müraciətlər obyektiv və ədalətli şəkildə cavablandırılıb.

Həmçinin nazirliyin rəsmi "Facebook" səhifəsi vasitəsilə də vətəndaşlara nazir və nazirliyin digər rəhbər şəxslərinə müraciət etmək imkanı yaradılıb və cari ilin martında nazirliyin rəsmi "Facebook" səhifəsində nazir Füzuli Ələkbərov tərəfindən 70-ə yaxın müraciət cavablandırılıb. Həmin gündən 1 iyul tarixinədək bu sosial şəbəkə vasitəsilə daha 157 müraciət qəbul edilərək cavablandırılması təmin olunub.
 
 
HƏQİQƏT



Baxış sayı: 572

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024