12px13px15px17px
Tarix:20/07/13

Kompüter elmləri sahəsində ən məşhur amerikalı


 
Bu dəfə "Persona" rubrikasında haqqında məlumat verəcəyimiz Ayven Eduard Sazerlend kompüter elmləri sahəsində görkəmli alimlərdən biridir. O, "Sketchpad" adlı ilk interaktiv qrafik proqramı yaratdığına görə 1988-də "Türinq" mükafatına layiq görülüb. Eyni zamanda ilk dəfə proqramlaşdırmaya obyektyönümlü yanaşma tətbiq edib. O, 2012-ci ildə həmin hazırlamaya görə məşhur "Kioto" mükafatı ilə təltif edilib. 
 
Ayven Sazerlend 1938-ci il, 16 mart tarixində Nebraska ştatının Heystinqs şəhərində dünyaya gəlib. O, Karnegi Texnologiya İnstitutunda (indi Karneqi-Mellon Universiteti) elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. Sonra Kaliforniya Texnologiya İnstitutunda magistr və 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda kompüter mühəndisliyi üzrə elmlər doktoru dərəcələrinə layiq görülüb.
 
Sazerlendin yaratdığı ilk interaktiv qrafik proqram
 
1951-ci ildə Massacusets Texnologiya İnstitutunun mühəndisi Cey Forrester "Whirlwind I" adlı yeni kompüteri nümayiş etdirdi. Bu kompüterin çıxış qurğusu görüntünü elektron-şüa borusunun ekranında yaradırdı. Görüntü ayrı-ayrı işıqlı nöqtələrdən formalaşırdı. Sonralar hava hücumundan müdafiə komplekslərinin idarə olunması zamanı kompüteri operativ idarə etmək üçün ilk interaktiv giriş qurğusu – işıq tapançası işlənib hazırlandı. Beləliklə, informasiya texnologiyaları sahəsində yeni istiqamətin – kompüter qrafikasının əsası qoyuldu.

Bu istiqamətdə növbəti əsas addım 1961-1962-ci illərdə Ayven Sazerlend  tərəfindən cizgilər çəkmək üçün "Sketchpad" ("Qeyd kitabcası") adlı ilk interaktiv proqramın yaradılması oldu. Bu proqramda ilk dəfə olaraq ayrı-ayrı nöqtələrdən ibarət qrafik primitivlərin (parçaların və qövslərin) interaktiv çəkilməsi gerçəkləşdirildi. Bunun üçün işıq qələm vasitəsilə ekranda lazım olan koordinatlar göstərilirdi.

 "Sketchpad" məhdudiyyətləri qəbul edə və seqmentlərin və qövslərin arasında qarşılıqlı əlaqələri verə bilirdi, məsələn, qövslərin diametri. O, eyni zamanda horizontal və vertikal xətləri çəkə və onları müxtəlif fiqurlara kombinasiya edə bilirdi. Əsas xüsusiyyətlərini saxlayaraq onları köçürmək, qarışdırmaq, çevirmək və ya miqyası böyütmək mümkün idi. Həmçinin "Sketçpad" ilk dəfə miqyası böyütməyə imkan verən pəncərələrin təsvirinin alqoritmini və kəsiklərin alqoritmini reallaşdırırdı. "Sketçpad" "Lincoln TX-2" kompüterində işləyirdi.

Hətta indi  bizim sadə qəbul etdiyimiz qrafik işlər məhz öz başlanğıcını Ayvenin ideyalarından götürür. İndi əgər kvadrat çəkmək tələb olunursa,  sizi tamamilə narahat etmir ki,  bunu necə etmək düzgündür. Siz sadəcə kvadratın rəsmçəkilməsi üçün lazımi aləti seçirsiniz, yeri və son ölçülərini verirsiniz,  kompüter hər şeyi sizin üçün edir.

 "Qeyd kitabçasında" reallaşdırılmış Sazerlend ideyaları obyektləri modelləşdirməyə imkan verirdi. Onun şinlərinin ölçülərini dəyişdirərək, amma modelin qalan hissəsinə toxunmadan avtomobilin təsviri ilə işləmək mümkün idi. İndi bu, çox asan bir hadisə kimi qəbul edilir, amma onda yenilik hesab edilirdi.

Təsvirlərin qurulmasında və işlənməsində kompüter tətbiqinin ilk tədqiqatçılarından olan Ayven Sazerlend sevdiyi sahə haqqında belə demişdi: "Kompüterin displeyi mənimçün Alisanın möcüzələr ölkəsinə pəncərədir. Burada proqramçı həm təbiətin məlum qanunlarına tabe olan obyektləri, həm də təsvir etdiyi hər hansı obyekti proqramda yazılmış qanunlar çərçivəsində yarada bilər.

 Displeyin köməyi ilə mən təyyarəni hərəkətdə olan gəmiyə endirmiş, raketdə işıq sürətinə yaxın sürətlə uçmuş və hesablama maşınının daxili həyatının sirlərini müşahidə etmişəm".

 Əvvəllər maşın qrafikasının imkanlarından istifadə etməklə sınaq keçirməyə ancaq bir ovuc mütəxəssisin imkanı vardı. İndi isə kompüterin "sehrli prizma"sı vasitəsilə real və xəyali aləmlərin tədqiqi istənilən adam üçün mümkündür. Bu gün kompüter qrafikası dünya incəsənətində - rəssamlıqda, kinoda, televiziyada yer alıb.
 
 
Kompüter elmləri sahəsində 12 amerikalı tədqiqatçıdan biri - Sazerlend
 
Artıq 60-cı illərin ortalarında Sazerlend Yuta ştat Universitetinin professoru Evans ilə birlikdə ARPA (ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi) tərəfindən sponsorluq edilən layihələrdə iştirak edirdi.

1968-dən 1974-cü ilə qədər Sazerlend Yuta Universitetində professor kimi çalışıb. Alan Key, Anri Quro, Edvin Katmull və Franklin Krou kimi informasiya texnologiyaları sahəsində nüfuzlu şəxsiyyətlər onun tələbəsi olub.

1968-ci ildə o, öz dostu və həmkarı Devid Evansla birlikdə "Evans & Sutherland" şirkətini təsis edir. Şirkət real vaxtın üçölçülü qrafiklərinin  və printer dillərinin sürətlənməsi üçün aparat təminatı sahəsinin pioneri oldu. "Evans & Sutherland"-ın keçmiş işçiləri sırasında "Adobe" (Con Uornok) və "Silicon Graphicsin" (Cim Klark) baniləri də olub. Hazırda  "Evans & Sutherland" şirkətinin (http://www.es.com/) 800-dən artıq əməkdaşı var. Şirkət "Windows NT" adı altında məhsuldar işçi stansiyalar üçün vizuallaşdırma sistemlərini istehsal edir.

1974-dən 1978-ci ilə qədər o, Kaliforniya Texnologiya İnstitutunda işləyib, burada kompüter elmləri kafedrasının əsasını qoyub. Sonra o, Sazerlend, Sproul və ortaqlar konsaltinq şirkətini yaradıb. Şirkət sonradan "Sun Microsystems" tərəfindən alınıb,  onun əsasında "Sun Labs" tədqiqat bölməsi yaradılıb.
Sazerlend  "Sun Microsystems" şirkətinin vitse-prezidenti idi. Həmçinin o, dəvət əsasında 2005-2008-ci illərdə Kaliforniya Berkli Universitetinin   kompüter elmləri bölməsində çalışıb.

İndi Sazerlend həyat yoldaşı Marli Ronkenlə birlikdə Portlend Dövlət Universitetində qeyri-sinxron sistemlərin tədqiqatlarına başçılıq edir. Onlar orada qrup formalaşdırıb və "Asynchronous Research Center"-nin əsasını qoyub.

Sazerlend informatika, daha dəqiq kompüter elmləri sahəsində hal-hazırda yaşayan 12 ən məşhur Amerika tədqiqatçısı sırasında yer alır.  O, bir sıra ən nüfuzlu akademik mükafatlara layiq görülüb və ABŞ-ın ən yüksək elmi təşkilatlarının üzvüdür.

Ayvenin böyük qardaşı, Bert Sazerlend, həmçinin kompüter elmləri üzrə görkəmli alimdir.
Qeyd edək ki, Sazerlend boş vaxtlarında rəqs etməyi və hava şarında uçuşu çox xoşlayır, motosiklet sürməyə xüsusi maraq göstərir.
 
Cahangir Atakişiyev




Baxış sayı: 1442

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Dekabr 2019

05/12/19
“iPhone” smartfonuna barmaq izi skaneri əlavə ediləcək

“Apple” korporasiyası “iPhone” smartfonuna barmaq izi skanerini əlavə edəcək. “Touch ID” skanerinin yeni

05/12/19
Selfi kamerası korpusdan kənara çıxan “Motorola One Hyper” modeli təqdim edilib

“Motorola” şirkəti selfi kamerası korpusdan kənara çıxan ilk smartfon modelini təqdim edib.

05/12/19
“AzDoc” elektron sənəd dövriyyəsi sistemi “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir

"AzDoc" elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd

05/12/19
“Qualcomm” iki barmaq üçün ultrasəs 3D barmaq izi skaneri hazırlayıb

Bir il bundan əvvəl “Qualcomm” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk ultrasəs “3D Sonic Sensor

05/12/19
“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət

05/12/19
Brin və Peyc “Alphabet”in rəhbər postunu tərk ediblər

ABŞ-ın “Google” şirkətinin təsisçiləri Serqey Brin və Larri Peyc “Alphabet” holdinqi üzərində nəzarəti

05/12/19
Sinir hüceyrələrini tamamilə əvəz edə biləcək miniatür çip hazırlanıb

Böyük Britaniyanın Bat Universitetinin alimləri tərəfindən hazırlanmış yeni miniatür çipin özəlliyi insan

05/12/19
“Hyundai Motor” şirkəti elektromobillərin inkişafına 17 milyard dollar investisiya yatıracaq

Koreya Respublikasının satış həcminə görə ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” şirkəti 2025-ci

05/12/19
“Xiaomi Mi Max” seriyalı smartfonların buraxılışı dayandırılacaq

“Xiaomi” şirkəti “Mi Max” seriyalı ucuz smartfonların buraxılışını dayandıracaq. Bu barədə sosial şəbəkəl

05/12/19
Çində robot polislər dəmir yolu stansiyalarında patrul xidmətinə başlayıb

Çinin dəmir yolu stansiyalarında sifətin skan edilməsi və tanınması texnologiyası vasitəsilə cinayətkarla

05/12/19
“Instagram”da qeydiyyat zamanı doğum tarixinin göstərilməsi tələb olunacaq

“Instagram” sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək. Bu haqda dek

04 12 2019

04/12/19
“Qualcomm” yeni qabaqcıl prosessoruna “5G” modem quraşdırmayıb

Mobil qurğular üçün dünyada ən böyük prosessor istehsalçısı “Qualcomm” şirkəti öz

04/12/19
Azərbaycanda ilk dəfə iki dövlətin nazirlikləri arasında memorandum elektron imza ilə imzalanıb

“Bakutel-2019” sərgisi çərçivəsində bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə

04/12/19
Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə görüşlər keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Beynəlxalq Teleko

04/12/19
“Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib

Bu gün “Bakutel 2019” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi

04/12/19
“Amazon” öz kvant kompüterindən istifadəyə icazə verib

“Amazon” internet şirkəti kvant hesablamalarına giriş imkanını təmin edən “Braket” onlayn xidmətinin

04/12/19
"Google Photos" foto xidmətinə çat əlavə edilib

"Google Photos" foto xidmətinə çat funksiyası əlavə edilib. İndi sözügedən xidmətdə şəkilləri başqa istif

04/12/19
Avropa Birliyi ölkələrində internet istifadəçilərinin 80%-dən çoxu internet üzərindən alış-veriş edir

Elektron ticarət üzrə dünya liderlərinin siyahısında 10 mövqedən 8-i Avropa ölkələrinin payına düşür. Bir

04/12/19
“SmartCell” proqram təminatının tətbiqinə dair əməkdaşlıq memorandumu imzalanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi, bu

04/12/19
Prezident İlham Əliyev “Bakutel 2019” sərgisi ilə tanış olub (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində X

04/12/19
Kosmosda toqquşmaları izləməyə kömək edən yeni alət təqdim edilib

Texas Universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni alət kosmosda obyektlər bir-birindən

04/12/19
2024-cü ilədək biometrik qurğular bazarının həcmi 19 milyard dollara yaxınlaşacaq

“ABI Research” analitiklərinin proqnozuna görə, 2024-cü ilədək biometrik funksiyalı qurğuların satışından

04/12/19
“Huawei” şirkəti Çində güclü superkompüter tikir

“Huawei” şirkəti Pen Çen tədqiqat laboratoriyası (Peng Cheng Laboratory, PCL) ilə birlikdə “Peng Cheng Cl

04/12/19
“Apple” şirkəti “iPhone” modellərini ildə iki dəfə buraxmaq niyyətindədir

“Apple” şirkəti “iPhone” smartfonlarının buraxılışı üzrə strategiyanı dəyişmək niyyətindədir