12px13px15px17px
Tarix:22/07/13

“iPhone” istifadəçiləri daha çox pul xərcləyirlər


Ödənişsiz tətbiqlər pullu proqramlarla müqayisədə mobil onlayn-kataloqlarda əvvəlki kimi daha çox tələbatlıdır.

350 min tətbiq haqqında informasiya toplamış “Flurry” şirkətinin analitiklərinin məlumatlarına əsasən, “iPhone” istifadəçiləri “Android” platformasına üstünlük vermiş opponentlərlə müqayisədə proqram təminatına daha çox pul xərcləyirlər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, onların hesablamalarına görə, “App Store” onlayn kataloqunda “iPhone” üçün yüklənilən hər tətbiq “Apple” şirkətinin büdcəsinə 19 sent gəlir gətirir.

“Android” smartfon istifadəçiləri tətbiqlərə daha az (6 sent) pul xərcləyirlər.

Emil Hüseynov
 
 



Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024