12px13px15px17px
Tarix:22/07/13

Yaponiya alimləri səhraların yaşıllaşdırılması üçün texnologiya hazırlayıblar


Yaponiyanın Kioto Universitetinin əməkdaşları "Panasonic" korporasiyası ilə birlikdə səhraların yaşıllaşdırılması üçün nəzərdə tutulan texnologiya işləyib hazırlayıblar. Bu barədə şirkətin nümayəndələri məlumat verib.

Yapon mütəxəssislər quru torpağın üzərinə suyu saxlayan xüsusi reaktiv tökməyi təklif ediblər. Bu maddənin köməyi ilə 70 faizlik nəmliyi saxlayan məhsuldar təbəqə yaratmaq mümkündür. Yeni texnologiya mövcud su keçirməyən təbəqə üsullarından fərqli olaraq hava dövranını pozmayır və bitkilərin böyüməsinə şərait yaradır.

Bir ton reaktivin dəyəri təxminən 10 min yen (100 dollar) qiymətləndirilir. 2016-cı ildə bazara çıxarılması planlaşdırılan texnologiyaya ilk növbədə yaşıllaşdırma problemi və torpaqların səhralaşması ilə mübarizənin çox kəskin olduğu Afrika, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində tələbat olacağı gözlənilir,- "İTAR-TASS www.itar-tass.com" yazır. 
 



Baxış sayı: 1507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024