12px13px15px17px
Tarix:23/07/13

2017-ci ilədək mobil tətbiqlər vasitəsilə həyata keçirilən alış-verişdən əldə olunan gəlir iki dəfə artacaq


İstifadəçilər getdikcə mobil tətbiqlər vasitəsilə daha çox alış-veriş edirlər və xərclənən məbləğin xərci daima artır. “AppNation” şirkətinin ekspertlərinin fikrincə, artıq 2017-ci ilədək bu cür alış-veriş üçün xərclərin həcmi indiki göstəricilərlə müqayisədə iki dəfə artacaq.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, “AppNation” şirkəti proqnozunu ABŞ bazarı əsasında tərtib edib. 2017-ci ilədək adıçəkilən ölkədə istifadəçilər ildə mobil tətbiqlər vasitəsilə alış-verişlərə təxminən 151 milyard dollar xərcləyəcək.

2012-ci ilin sonuna olan vəziyyətə əsasən, yalnız ABŞ-da mobil alış-verişdən 60 milyard dollar ölçüsündə gəlir əldə edilib. 6 ay sonra bu məbləğin həcmi 72 milyard dollaradək artıb, ona görə də artım sürətinin saxlanılması şərti ilə 2017-ci ilədək proqnozlaşdırılmış 151 milyard dollar mümkün olacaq.
Mobil qurğuların gündəlik həyatımıza kütləvi nüfuzetməsi bunlara fəal imkan yaradır.

Emil Hüseynov
 



Baxış sayı: 652

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024