12px13px15px17px
Tarix:23/07/13

“Intel” verilənlərin emalı mərkəzlərinin arxitekturasını dəyişəcək


İnformasiya texnologiyaları sahəsində xidmət həcminin artması, mobil servislərin və “bulud” platformalarının inkişafı verilənlərin emalı mərkəzlərinin yüklənməsini daima artırır. Bu problemin həlli və aparat platformalarının işinin optimallaşdırılması üçün “Intel” korporasiyası verilənlərin emalı mərkəzlərinin infrastrukturunun dəyişdirilməsi üzrə xüsusi strategiya hazırlayıb.  

Belə ki, “Rack Scale Architecture” (RSA) adlandırılan layihə yeni xidmətlərin göstərilməsi üçün verilənlərin emalı mərkəzlərinin tutumunu və iş çevikliyini xeyli artırmağa imkan verəcək. Yeni avadanlıq modelində “Xeon”, “Ethernet” server prosessorlarından, “Intel” kontrollerindən və bərk cisimli toplayıcılar bazasında işləyən məlumatların saxlanması sistemindən istifadə olunur.

Açıq standartlar bazasında “bulud” həllər tərtibatçısı “Rackspace Hosting” şirkəti “RSA” layihəsinin həyata keçirilməsini dəstəkləyəcək yeni serverlərin istehsalına başlamasını elan edib.- “3DNews www.3dnews.ru” yazır.
 
Müxtəlif əlavələr həyata keçirən verilənlərin emalı mərkəzləri operatorlarının tələbatını ödəmək üçün “Intel” iş yükləmələrinin optimallaşdırılması proqramını hazırlayıb. Proqrama uyğunlaşdırılmış mərkəzi prosessorlar və birkristallı sistemlər daxildir. Belə ki, korporasiya qənaətli mikroserverlərə malik böyük həcmli komponentləri yerləşdirmək məqsədilə “Atom C2000” (“Avoton”) çiplərini təklif edəcək. Bu 22 nanometrlik məhsullar 8-dək nüvəyə, “Ethernet” kontrollerinə malik olmaqla 64 giqabaytadək yaddaş həcmini təmin edəcək. Yeni nəsil çiplərin əvvəlki nəsil birkristallı “Intel Atom” server sistemləri ilə müqayisədə yüksək enerji səmərəliliyinə (4 dəfə çox) və məhsuldarlığa (7 dəfə çox) malik olacağı nəzərdə tutulur.



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024