12px13px15px17px
Tarix:24/07/13

Dünyada internetə orta çıxış sürəti 3 Mbit/s-ni ötüb


Veb-məzmunun tədarük şəbəkəsi "Akamai Technologies" şəbəkəsi dünyanın müxtəlif ölkələrində internetə çıxış sürəti haqqında hesabat dərc edib. 2013-cü ilin birinci rübündə keçirilmiş tədqiqatın yekununa əsasən məlum olub ki, "Ümumdünya hörümçək toru"na orta çıxış sürəti 3,1 Mbit/s olub. Bu göstərici 2012-ci ilin dördüncü rübünün sonuna olan vəziyyətlə müqayisədə 4% daha çoxdur. İllik göstərici üzrə planetdə internetin sürəti 17% artıb.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, sözügedən tədqiqat 123 ölkəni əhatə edir. Onların arasında internetə qoşulma sürəti üzrə ən aşağı artım Oman (+1.4%), ən çox artım isə İraqda (+122%) qeydə alınıb.

Cənubi Koreya əvvəlki kimi internetləşdirilmə üzrə liderdir: ölkə əhalisinin 50%-i internetə sürətli çıxış imkanına malikdir, internetə orta qoşulma təxminən 14,2 Mbit/s təşkil edir. Bununla belə, ölkə ərazisində internetə çıxış sürəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb.

İnternetə qoşulma sürəti üzrə liderlər üçlüyünə, həmçinin Yaponiya və Honkonq daxildir. Bir il ərzində onların payı müvafiq olaraq 6,8% və 16% artıb. İsveçrə, Hollandiya, Latviya, Çexiya, İsveç, ABŞ və Danimarka internetə ən sürətli çıxış imkanına malik on ölkə sırasına daxildir.

Emil Hüseynov

 



Baxış sayı: 2005

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024