12px13px15px17px
Tarix:24/07/13

“Ubuntu” smartfonunun istehsalçıları vəsait toplanılması kampaniyasına başlayıblar



 
“Canonical” şirkəti iyulun 22-də “Ubuntu” əməliyyat sistemi (ƏS) ilə işləyəcək ilk smartfonun – “Ubuntu Edge”nin istehsalına vəsait toplanılması üzrə kampaniyaya başlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, aparatın istehsalı üçün zəruri vəsait “Indiegogo” saytı vasitəsilə toplanılır. “Canonical” bir ayda 32 milyon ABŞ dolları toplamağı nəzərdə tutub. Birinci gün ərzində sözügedən məbləğin onda bir hissəsini toplamaq mümkün olub.

830 və daha çox ABŞ dolları həcmində yardım edən şəxslərə hazır telefon göndərilməsi ilə bağlı söz verilib. 2014-cü ilin may ayında qurğunun tədarüklərinə başlanılacaq. Bir ay ərzində yekun məbləğ 32 milyon dollardan az olsa, “Ubuntu Edge” smartfonu istehsal edilməyəcək.

“Ubuntu Edge” smartfonu dördnüvəli prosessor, dörd qiqabayt əməli və 128 qiqabayt daxili yaddaş, 8 meqapiksellik kamera və 1280x720 nöqtə təsvir ölçülü 4,5 düymlük ekranla təchiz edilib. Qurğunu istehsal edəcək şirkətin adı açıqlanmayıb.

Smartfona, həmçinin “Android” mobil əməliyyat sistemi quraşdırılacaq. Bundan başqa aparat sistem blok rolunu da oynaya biləcək, onu monitora qoşmaq və “Ubuntu” mühitində işləmək mümkün olacaq.



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024