12px13px15px17px
Tarix:24/07/13

“ARM” şirkəti satışların həcmini artırır


 
Smartfon və planşetlər üçün mikroprosessor istehsalçısı, Britaniyanın “ARM Holdings” şirkəti onun mobil texnologiyalarına tələbatın artmasının fonunda London birja analitiklərinin gözləntilərindən yuxarı nəticə göstərərək ikinci rübün yekunu haqqında hesabat verib. Hesabat dövründə şirkətin satış həcmi 26% artaraq 171,2 milyon Britaniya funtu və ya 263 milyon dollar olub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, cari ay “ARM” şirkətinin direktoru olmuş Saymon Siqars deyib ki, şirkət hazırda öz diqqətini “ağıllı” televizor, planşet və smartfonlar üçün həllərin istehsalı hesabına öz bazar payının genişlənməsinə yönəldib.

Emil Hüseynov



Baxış sayı: 626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024