12px13px15px17px
Tarix:25/07/13

BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin III sessiyası öz işinə başlayıb

 

Birləşmiş Krallığın Kembric şəhərində BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin III sessiyası öz işinə başlayıb. Sessiyada ölkəmizi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmsil edir. Tədbir iştirakçılarına ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlər, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş torpaq islahatlarından məlumat verilib. Prezident İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfləri diqqətə çatdırılıb və qeyd edilib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mühüm alətlərdən biri kimi geoməkan məlumatlarının idarəolunması xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə bir çox ölkələrin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində ölkəmizdə bütün sahələr üzrə, o cümlədən coğrafi informasiyaların idarəolunması sahəsində görülmüş işlər məmnunluqla qarşılanıb, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarda çox ciddi mövqeyə malik olduğu xüsusi olaraq qeyd olunub. Qeyd edək ki, BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsün (UN-GGİM) məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal çağırışlara yönəlik istifadəni təşviq etməkdir. O, üzv ölkələr arasında və üzv ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır.

“UN-GGIM” iki paralel strukturdan – 2011-ci ildə BMT-nin “ECOSOC” (BMT-nin İqtisadi və Sosial Şurası) vasitəsilə yaratdığı Ekspertlər Komitəsi (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində, ikinci iclası isə 2012-ci ilin avqust ayında ABŞ-ın Nyu-York şəhərində keçirilmişdir) Yüksəksəviyyəli Forumdan ibarətdir. BMT-nin rəsmi Ekspertlər Komitəsi “UN-GGIM” üçün ekspertlərin qlobal məsləhətləşməsi mexanizmini təmin edir və Yüksəksəviyyəli Forumun gündəliyini hazırlayır. Yüksəksəviyyəli Forum qərar qəbul edənləri qlobal geoməkan informasiyasının idarəolunmasının əhəmiyyəti barədə məlumatlandırır və forumun məsləhətləşmələrinin nəticələrini hər bir milli siyasətdə əks etdirilməsini təmin edir.

Yüksəksəviyyəli Forumun ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində keçirilib və “Seul Deklarasiyası” qəbul olunub. 2013-cü ilin 4-6 fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçirilən İkinci Yüksəksəviyyəli Forumda da Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə “Doha Deklarasiyası” qəbul olunub.

SEYMUR

 



Baxış sayı: 433

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020