12px13px15px17px
Tarix:25/07/13

“Twitter”də dünyanın ən məşhur liderlərinin siyahısına Barak Obama başçılıq edir


 "Twitplomacy" şirkətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş "Twitter"də dünyanın ən məşhur liderlərinin yenilənmiş siyahısında birinci yerdə ABŞ prezidenti Barak Obama qərarlaşıb: hazırda onun mikrobloquna 34,5 milyondan çox insan abunə olub.

Bundan başqa, o, sözügedən xidmətin tarixində ən məşhur tvitin müəllifidir. Belə ki, onun ikinci müddətə yenidən seçilməsinə dair mesajı 800 mindən çox istifadəçi sitat gətirib.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, populyarlıq reytinqində ikinci yerdə Roma papası Fransis olub,  "Twitter"də onun mikrobloqlarının ümumi auditoriyası 7.2 milyon təşkil edir. Türkiyə prezidenti Abdullah Gül üçüncü olub, onun mikrobloquna baxanların sayı  3.5 milyon insan təşkil edir.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024