12px13px15px17px
Tarix:25/07/13

Azərbaycan proqramçıları “iPad” üçün yeni əlavə tərtib ediblər

Azərbaycanın "Simbrella Baku LLC"  şirkəti  "iPad" planşetləri üçün yeni əlavə tərtib edib. Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycan proqram tərtibatçılarının yaratdığı yeni əlavə artıq "iTunes" mobil proqramlar dükanında təqdim edilib.

"Yeni əlavə Azərbaycanın tarixi abidələri və arxitekturası ilə tanış olmaq istəyən səyahətçilər və turistlər üçün nəzərdə tutulub. Proqram ölkənin tarixi abidələri və digər diqqətə layiq yerləri haqda ətraflı məlumat, orijinal şəkillər, mətnlər və rəsmlər  təqdim edir.
 
Proqramda Şərq mədəniyyəti üzrə mütəxəssis və peşəkar arxitektor Elçin Əliyevin hazırladığı şəkillər və mətnlər və Azərbaycanın tanınmış rəssamı Nüsrət Hacıyevin rəsmləri təqdim edilib. Əlavə sadə və aydın interfeysə  və tətbiq edilmiş naviqasiyalı xəritəyə malikdir. Bütün məlumatlarla  ingilis, Azərbaycan və rus dillərində tanış olmaq olar.

"Hazırda bizim proqram tərtibatçılarımız bu əlavənin "Android" üzərində işləyən mobil qurğular üçün hazırlanması istiqamətində işlər həyata keçirirlər və yaxın zamanda bu qurğuların istifadəçiləri də yeni proqramdan istifadə edə biləcəklər", - deyə şirkətdə bildiriblər. 

Aynur Vəliyeva




Baxış sayı: 949

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024