12px13px15px17px
Tarix:25/07/13

Azərbaycanlı gənc alimlər bundan sonra müasir standartlara uyğun elmi tədqiqatlar apara biləcəklər


 
 
Azərbaycanlı gənc alimlər bundan sonra Avropanın elmi mərkəzlərində müasir standartlara uyğun elmi tədqiqatlar apara biləcəklər. Məhz bu məqsədlə Avropada doktorantura təhsili almağa göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsiüçün müsabiqə elan edilib.

AMEA-dan verilən məlumata görə, respublika prezidenti “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 9 fevral 2010-cu il tarixli 719 №-li sərəncam imzalayıb: “Sərəncamın icrası ilə əlaqədar AMEA-da Müsabiqə Komissiyası yaradılıb və  müsabiqə əsasında AMEA-nın elmi müəssisə və təşkilatlarından 14 nəfər gənc alim seçilərək Avropanın nüfuzlu elmi mərkəzlərinə doktoranturaya göndərilib.

Dövlət başçısının tapşırığına əsasən, gənc alimlərin xarici ölkələrin nüfuzlu elm mərkəzlərində doktorantura təhsili alması, müasir standartlara uyğun elmi tədqiqatlar aparması, ölkəmizin elmi kadr potensialının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir.

AMEA-nın Rəyasət Heyəti 3 iyul 2013-cü il tarixli qərarı ilə yeni təhsil ili üçün Avropanın elmi mərkəzlərinə elmlər doktoru proqramı üzrə doktoranturaya göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsi məqsədilə növbəti müsabiqə elan edib”.  Müsabiqədə iştirak etmək istəyənlər (fəlsəfə doktoru elmi dərəcəsi olan və xarici dillərdən birini yüksək səviyyədə bilən) müvafiq sənədləri AMEA-nın Elmi-Təşkilat İdarəsinə (Bakı ş., İstiqlaliyyət küç., 10) təqdim etməlidirlər.

Qeyd edək ki, sənəd qəbulu 1 sentyabr 2013-cü il tarixinədək davam edəcək.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 404

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti