12px13px15px17px
Tarix:25/07/13

“Lenovo” şirkəti “Snapdragon 800” prosessoru ilə təchiz edilmiş smartfonunu təqdim edib


 "Lenovo" şirkəti yeni smartfon modelini hazırlayıb. Bu yenilikdə ilk dəfə Çin istehsalçısı sözügedən aparatda "Snapdragon 800" adlı məhsuldar prosessor tətbiq edib. Qurğu bazara "K6" və ya "X910" adı altında çıxarılacaq.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, ilkin məlumatlara əsasən, aparat "Adreno 330" qrafik həlli ilə təchiz edilmiş "MSM8974" çipinə və 1920x1080 nöqtə təsvir ölçülü "Full HD" ekrana malikdir. Ekranın ölçüsü və qurğunun başqa texniki xüsusiyyətləri hələlik açıqlanmır. Yalnız məlumdur ki, o, iki SİM-kartla işin imkanını dəstəkləyir.

"Lenovo" şirkətinin yeni smartfonunun təxmini qiyməti və çıxarılma tarixi hələ ki bildirilmir.

Emil Hüseynov



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024