12px13px15px17px
Tarix:26/07/13

Analitiklər: Bahalı smartfon bazarı artıq pik mərhələyə çatıb


Dünyanın ən böyük smartfon istehsalçısı Koreyanın “Samsung Electronics” şirkəti bu gün ikinci rüb üzrə hesabatını dərc edib. İstehsalçının xalis mənfəəti 50% artaraq 7,58 trilyon Koreya vonu və ya 6,8 milyard dollar olub. Xatırladaq ki, ötən il bu göstərici 5.05 trilyon von olub. Lakin analitiklər “Samsung” şirkətindən 8,02 trilyon von həcmində mənfəət gözləyirdilər.

Analitiklər deyiblər ki, “Samsung” üçün ən maraqlı sahələrdə (bahalı smartfon və böyük formatlı televizor) alıcıların fəallığı obyektiv makroiqtisadi səbəblər üzündən azalır və Koreya şirkəti bunun qarşısını heç cür ala bilmir. Bundan əvvəl “Apple” şirkəti oxşar problemlə üzləşib. Bundan başqa, analitiklər deyiblər ki, bahalı smartfon bazarı artıq pik mərhələsinə çatmağa yaxındır və bu sahədə yüksək artım sürəti gözləməyə dəyməz.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, analitiklərə görə, “Samsung” şirkəti cari ilin birinci yarısında smartfonların satış həcmi üzrə yüksək temp göstərib və 2013-cü ilin sonunadək bu cür artım artıq olmayacaq.

“Samsung” şirkətinin məlumatlarına əsasən, şirkətin əməliyyat mənfəəti 9.53 trilyon von təşkil edir. Ekspertlərin hesablamalarına əsasən, “Samsung” şirkəti cari rübdə 27 milyon “S4” smartfonu satacaq. Qeyd edək ki, hesabat rübündə bu göstərici 22 milyon olub. “Bloomberg” nəşrinin məlumatlarına əsasən, hazırda “Samsung” şirkəti smartfon bazarının 30%-nə nəzarət edir. Bu göstərici “Apple” şirkətində 19% təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024