12px13px15px17px
Tarix:29/07/13

Android 4.3 Jelly Bean” mobil əməliyyat sistemində yeni funksiyalar


 "Google" şirkəti "Android" mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib. Xeyli sayda yeniliklər reallaşdırılıb. Aşağıda "Android 4.3 Jelly Bean" platformasının tərkibinə inteqrasiya edilmiş ən mühüm dəyişikliklər qeyd edilib:
 
1. Bir neçə istifadəçi profilinin dəstəklənməsi

Bu funksiya ilk dəfə hələ "Android 4.2" versiyasında istifadəyə verilib, lakin "Android 4.3 Jelly Bean" platformasında daha da mükəmməlləşdirilib. Profillərin iş alqoritmləri mühüm dəyişikliklərə məruz qalıb: ailə planşetindən istifadə edən uşaqlara böyüklər üçün veb-sayt və məzmuna baxmağı qadağan edən valideyn nəzarəti inteqrasiya edilib.
 
2. "Bluetooth Smart" texnologiyasının reallaşdırılması

"Android 4.3 Jelly Bean" platformasında "Bluetooth" simsiz texnologiyasının imkanları tamamilə yeni səviyyəyə qaldırılıb – hazırda smartfon və planşetlərə yalnız qulaqlıq və xarici dinamikləri deyil, həm də spesifik qurğuları qoşmaq olar. "Google" şirkətinin mətbuat xidmətinin xəbərində deyilir ki, "Android 4.3 Jelly Bean" platformasında müasir idman və tibbi cihazlarla sinxronlaşdırma imkanı olacaq.
 
3. Yeni oyun imkanları

Mütəxəssislərin fikrincə, "Android 4.3 Jelly Bean" mobil əməliyyat sistemi "OpenGL ES 3.0" texnologiyasını dəstəklədiyinə görə oyunlar üçün ən məşhur mobil platforma olacaq. Sözügedən texnologiyanın  köməkliyi ilə çox güclü qrafikaya malik oyunlar yaratmaq mümkündür.
 
4. Axın audio və videosunun imkanları təkmilləşdirilib

"Android 4.3 Jelly Bean" platformasında "YouTube" və "Netflix" kimi internet xidmətlərlə iş üçün yeni imkanlar reallaşdırılıb. Hazırda "Android" platforması ilə işləyən qurğular, hətta "Full HD" formatlı videonu asanlıqla ekranda əks etdirə bilər.
 
5. Yeni klaviatura və kamera interfeysi

"Google" şirkəti "Android 4.3 Jelly Bean" platformasında mətnin yığılması üçün daxili virtual klaviaturanı təkmilləşdirib. O, daha da funksional və əlverişli olub, ona görə də kənar proqram təminatından imtina etmək olar. Bundan başqa, kameranın interfeysi müəyyən dəyişikliklərə məruz qalıb, çəkilişin sazlanması üçün yeni parametrlər istifadəyə verilib.
 
Emil Hüseynov



Baxış sayı: 865

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024