12px13px15px17px
Tarix:29/07/13

Bakıda Beynəlxalq İnternet Cəmiyyətinin rəsmi ofisi açıla bilər


 
Birləşmiş Millətlər Təşkilatının Bakı Nümayəndəliyi Beynəlxalq İnternet Cəmiyyətinin (Internet Society, ISOC)  Azərbaycanda filialının yaradılması ilə bağlı yazışmalar aparır.

BMT-nin Bakı Nümayəndəliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycanda bu təşkilatın filialının funksiyalarını daşıyacaq qurum yaratmaq istəyən bir neçə iddiaçı var.

“ISOC ilə onun Azərbaycanda filialı funksiyasını daşıyacaq qurumlar arasında fikir ziddiyyəti əmələ gəlib və buna görə də filialın yaradılması məsələsi bir qədər yubadılır. Filial ölkədə internetin tənzimlənməsi üzrə fəaliyyət göstərən qurumların nəzdində yaradılmayacaq. Bu, tam yeni bir qurum olacaq ”,- deyə BMT-nin Nümayəndəliyində bildiriblər.

Qeyd edək ki, “ISOC” dünyada internetin açıq inkişafı, istifadəsi və təkamülü xeyrinə çıxış edən aparıcı qeyri-kommersiya təşkilatıdır. Bu qurum istifadəçilər, şirkətlər, hökumət nümayəndələri və digər təşkilatlar arasında  internet siyasəti, texnologiyalar və qlobal şəbəkənin  gələcək inkişafı ilə bağlı birgə dialoqlar təşviq edərək dünya üzrə internetin genişlənməsini təmin edir.

Aynur Vəliyeva
 



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024